BAYRAQDAR MEDİA – “Qardaş Azərbaycana bu səfərimizdən çox məmnun qaldıq. Azərbaycan xalqı bizi doğrudan da qardaş kimi qarşıladı və bu bizi çox məmnun etdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı Kuzey Kıbrıs Genç İş İnsanları Derneğinin (GİAD) başqanı Yusuf Tekinay deyib.
Onunla müsahibəni sabah oxuculara təqdim edəcəyik.
Yusuf Tekinay bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir: “Bu, bizim Azərbaycanda ilk səfərimizdir. Bura gəlməkdə məqsədimiz KKTC ilə Azərbaycan arasında könül bağlarını daha da gücləndirmək, o cümlədən iqtisadi-ticarət əlaqələrimizin genişləndirilməsi istiqamətində daha bir addım atmaqdır. BAYRAQDAR MEDİA-nın yaratdığı fürsətədn istifadə edərək bu səfərin təşkilində əməyi olan hər kəsə minnərdarlıq etmək istəyirəm”.
Y.Tekinay əmin olduğunu bildirib ki, səfər yeni əməkdaşlıqlar üçün təkan daha bir addım rolunu oynayacaq: “Əminəm ki, bu könül körpüləri bizim dövlətlərimizin daha sıx birləşməsində də öz sözünü deyəcək”.





