Press "Enter" to skip to content

 AFAD sədrinə Karsın tələbləri çatdırılıb

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Kars millət vəkili Adem Çalkın və Kars valisi Ziya Polat birlikdə AFAD-ı (Fövqəladə Hallar Agentliyi) ziyarət edib. Ziyarət zamanı Kars şəhərinin tələblərini AFAD sədri Ali Hamza Pehlivana çatdırıblar.

Xəbəri karsmanset.com saytı məlumat yayıb.

Məlumata görə, ziyarət zamanı Karsın təbii fəlakətlər və fövqəladə hallara hazırlıqla bağlı ehtiyacları və rayonda aparılan fəaliyyətlər müzakirə olunub: “Heyət xüsusilə şəhərsalma layihələri, risklərin azaldılması, avadanlıq dəstəyi və fəlakətlərin idarə olunması potensialının artırılması kimi məsələlərə diqqət yetirib. Millət vəkili Adem Çalkın “AFAD sədri Ali Hamza Pehlivanı Kars valimiz Ziya Polat ilə birlikdə ziyarət edərək sərhəd şəhərimiz Karsın tələblərini çatdırdıq. Sədrimizə göstərdiyi diqqətə görə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayıram” deyib”.

Mission News Theme by Compete Themes.