Press "Enter" to skip to content

Avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

BAYRAQDAR MEDİA – Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “ASK Arenanın” qarşısında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq 2 piyada yolun hərəkət hissəsindən keçib və onlardan birini minik avtomobili vurub. Piyada hadisə yerindəcə həyatını itirib”.

Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaransa da polis əməkdaşları tərəfindən görülən zəruru tədbirlər nəticəsində hazırda avtomobillərin sərbəst hərəkəti təmin edilib.

Mission News Theme by Compete Themes.