Press "Enter" to skip to content

“AzerGold” QSC-nin yerli bazarda satış gəlirləri artıb

BAYRAQDAR MEDİA– Azərbaycanın qeyri-neft sektorunun təmsil edən əsas ixracatçı dövlət şirkətləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold” QSC ixrac əməliyyatları ilə yanaşı, yerli bazarın ən yüksək keyfiyyətli qiymətli metallara tələbatının ödənilməsi məqsədilə fəaliyyətini uğurla davam etdirir.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, “Səhmdar Cəmiyyəti tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində 3698 unsiya qızıl, 8827 unsiya gümüşün yerli bazarda topdan və pərakəndəsatışı həyata keçirilib. Bu ötən illə müqayisədə qızılın satışında171% artım deməkdir. Gümüş məhsullarının satışında isə 17% artıma nail olunub. Cari ilin ilk 5 ayında qiymətli məhsulların daxili bazarsatışlarından 20.2 milyonmanat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə daxili satış gəlirlərində238% artım deməkdir. Ümumilikdə, QSC-nin fəaliyyət dövrü ərzindədaxili bazarda 22 453 unsiya qızıl, 135 003unsiya gümüş məhsul satılaraq,95.4 milyon manat gəlir əldə olunub”.

Mission News Theme by Compete Themes.