Press "Enter" to skip to content

“Iğdırın ulduzları” mükafatlandırılıb

Mərasim zamanı

BAYRAQDAR MEDİA – Uğurları ilə Iğdırı qürurlandıran şagirdlər, Milli Təhsil Müdirliyi tərəfindən təşkil edilən mərasimdə mükafatlarını alıblar.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, “Iğdır İl Milli Təhsil Müdirliyi tərəfindən təşkil edilən “Iğdırın ulduzları” proqramı çərçivəsində milli və beynəlxalq yarışmalarda mükafat qazanan şagirdlərə təltiflər təqdim olunub. Dünya və Avropa miqyasında keçirilən Riyaziyyat Olimpiadası, Kikboks Çempionatı və Orbetello Piano Yarışması kimi fərqli sahələrdə birinci, ikinci və üçüncü yerləri qazanan şagirdlər alqışlarla qarşılanıb”.

Məlumata görə, tədbirdə çıxış edən Iğdır İl Milli Təhsil Müdiri qeyd edib ki, bu uğurlar şagirdlərin ailələri və müəllimləri üçün qürur mənbəyidir: “Əziz gənclər, siz bu gün sadəcə bir mükafat almadınız. Siz TÜBİTAK layihələri, beynəlxalq riyaziyyat olimpiadaları, debatlar, bilik yarışmaları və idman-mədəni sahələrdə uğur qazanmaqla ‘mən də varam’ dediniz. Çünki uğur sadəcə bir pillə deyil.”

Tədbirdə çox sayda şagird, valideyn, müəllim və protokol üzvləri iştirak edib. Proqramın sonunda mükafatlar təqdim olunub.

Mission News Theme by Compete Themes.