Press "Enter" to skip to content

İqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Quzey Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycanın Quzey Makedoniya ilə iqtisadi tərəfdaşlığınmöhkəmləndirilməsinə önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, bu ilin yanvar-aprel aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 27 faizdən çox olub. Bununla belə, birgə səylərin gücləndirilməsi qarşılıqlı ticarəti daha da artıra bilər”.

Xəbərə əsasən, qonaqlara Azərbaycanın biznes və investisiya imkanları haqqında məlumat verilib və Quzey Makedoniyanın iş adamları fəal işbirliyinə dəvət olunub.

Tərəflər enerji, Orta Dəhliz, kiçik və orta sahibkarlıq, əczaçılıq və digər istiqamətlərdə əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.

Mission News Theme by Compete Themes.