BAYRAQDAR MEDİA – İyunun 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Yevlax rayonunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in qüvvələri tərəfindən axtarışlara başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “hazırda batdığı ehtimal olunan 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhan oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən fasiləsiz olaraq davam etdirilir”.





