Press "Enter" to skip to content

Kiberdələduzlara verilən hər məlumat bank kartından oğurluq riskini artırır

Kiberdələduzlara verilən hər məlumat bank kartından oğurluq riskini artırır

BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “iyunun 19-da bir sıra şəxslərin bank hesablarından 12 min 500, 4 min 179, 2 min 300, 1 min 213, 1 min 012, 700, 498, 450, 300, 280, 200, 116, 85, 70, 63, 26, 20 və 18 manat kiber üsulla oğurlanıb. Bu cür cinayətlər, əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir”.

DİN bir daha diqqətə çatdırıb ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir.

Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmamalı, bank kartının nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatlar heç bir halda paylaşılmamalıdır. Vətəndaşlar tanımadıqları şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarını verməsin.

Mission News Theme by Compete Themes.