BAYRAQDAR MEDİA – 2025-ci ilin may ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 39 min 389 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Fonddan məlumat verilib.
Bildirilib ki, “həmin vətəndaşların 112 nəfəri Fondun rəhbər şəxsləri tərəfindən, 1 555 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 2 331 nəfəri mərkəzi, 35 391 nəfəri isə regional filiallarda qəbul edilib”.





