Press "Enter" to skip to content

Ünal Üstel: Məqsədimiz TDT-də tamhüquqlu üzvlükdür

Ünal Üstel

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Ünal Üstel bildirib ki, onların məqsədi Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzvlükdən çıxaraq, tamhüquqlu üzv statusuna keçməkdir.

Kırım Haber Ajansının məlumatına görə, Anadolu Agentliyinə (AA) müsahibəsində Ü.Üstel KKTC-nin TDT çərçivəsindəki hədəflərini və gözləntilərini dəyərləndirib.

Məlumata görə, Ü.Üstel qeyd edib ki, Kıbrıs türkləri 1950-ci illərdən 1970-ci illərə qədər var olma mübarizəsi aparıblar və bu yolda ana vətən Türkiyə daim onların yanında olub: “O vurğulayıb ki, Kıbrıs Barış Hərəkatından sonra Kıbrıs türkləri öz dövlətlərini qurublar və bu dövlətin institutlarının dünya ilə uyğunlaşması üçün böyük səylər göstərilir. Baş nazir əlavə edib ki, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan ard-arda üç BMT toplantısında bütün dünyaya “KKTC-ni tanıyın” çağırışı edib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin də KKTC-nin tanınması zərurətini açıq şəkildə ifadə etməsi onları çox məmnun edib”.

Məlumata əsasən, R.T.Erdoğan və İ.Əliyevin dəstəyi ilə KKTC-nin TDT-yə müşahidəçi üzv olduğunu xatırladan Ü.Üstel deyib:”Məqsədimiz TDT-də müşahidəçi üzvlükdən çıxaraq tanhüquqlu üzvlüyə keçmək və xalqlarımız arasındakı münasibətləri daha yüksək səviyyəyə çatdırmaqdır.”

Mission News Theme by Compete Themes.