Press "Enter" to skip to content

Bolqarıstan üçün “yaşıl işıq”

Bolqarıstan Avrozonaya doğru

BAYRAQDAR MEDİA– Polşanın maliyyə naziri Andrzej Domanski bildirib ki, AB üzvü olan ölkələrin iqtisadiyyat və maliyyə nazirləri (ECOFIN) Eurogroup tərəfindən Bolqarıstanın 1 yanvar 2026-cı ildən Avrozona üzvü olması ilə bağlı hazırlanan təklifi yekdilliklə dəstəkləyib.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Məlumata görə, iyulun 8-də Avropa Birliyində yekun səsvermə keçiriləcək.

Avropa İqtisadiyyat Komissarı Valdis Dombrovskis deyib ki, ECOFIN-in Bolqarıstanın gələn ilin 1 yanvarından Avrozonaya daxil olmasını dəstəkləməsini məmnunluqla qarşılayıb.

Mission News Theme by Compete Themes.