BAYRAQDAR MEDİA – Saraykent Bələdiyyəsi yay aylarında artan gənə halları ilə mübarizə aparmaq və vətəndaşların sağlamlığını qorumaq məqsədilə park, bağ və yaşıl ərazilərdə dərmanlama işlərini sürətləndirib. Bələdiyyə əməkdaşları tərəfindən aparılan bu mübarizə bütün rayonda mütəmadi şəkildə davam etdirilir.
Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.
Bildirilib ki, Saraykent Bələdiyyə Başçısı Ahmet Köroğlu xalq sağlamlığına verdikləri önəmi vurğulayıb.
O deyib: “Vətəndaşlarımızın yay fəslini təhlükəsiz və sağlam şəkildə keçirmələri üçün bələdiyyə əməkdaşlarımız park, bağ və yaşıl sahələrdə mütəmadi olaraq gənə dərmanlaması aparır. Bu işlər müəyyən dövrlərlə davam edəcək. Məqsədimiz, sakinlərimizin daha rahat və sağlam mühitdə vaxt keçirmələrini təmin etməkdir.”
Gənə ilə mübarizə çərçivəsində xüsusilə uşaqların tez-tez istifadə etdiyi oyun meydançaları, gəzinti yolları və piknik sahələri öncədən dərmanlanır.





