BAYRAQDAR MEDİA – Yozgatın Yerköy rayonunda nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan bozkır kərtənkələsi görülüb.
Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.
Məlumata görə, hadisə, Xalq Təhsili Mərkəzinin müdir müavini Ahmet Yariçinin uşaqların əlində kərtənkələni görməsi ilə aşkara çıxıb: “A.Yariçi məsələni dərhal Jandarma Ətraf Mühit və Təbiəti Qoruma Timinə bildirib. Əraziyə qısa müddətdə gələn qrup kərtənkələni götürərək Yozqat Təbiəti Qoruma və Milli Parklar İdarəsinə təhvil verib”.
Xəbərdə deyilir ki, aparılan araşdırmada bu növün Yozgat bölgəsində nadir hallarda görüldüyü bildirilib. Kərtənkələnin sağlam olduğu və təbii yaşayış mühitinə geri buraxıldığı açıqlanıb.




