Press "Enter" to skip to content

Sarıkamışda ilsonu tədbiri

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Sarıkamışda “Çevrəmi qoruyuram, dəyərlərimə sahiblənirəm” (ÇEDES) layihəsinin ilsonu tədbiri keçirilib. Kars vilayətinin Sarıkamış rayonunda təşkil edilən tədbirdə Kaymakam Enis Aslantatar da iştirak edib.

Bu barədə karsmanset.com saytı məlumat verib.

Bildirilib ki, “Diyanət İşləri İdarəsi, Milli Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi arasında imzalanan əməkdaşlıq protokolu çərçivəsində Sarıkamış Müftiliyinin rəhbərliyi ilə həyata keçirilən tədbir rəngarəng görüntülərlə yadda qalıb. Fərqli fəaliyyətlərin həyata keçirildiyi tədbirdə orta məktəb və lisey şagirdləri iştirak ediblər. Şagirdlər ənənəvi oyunlar oynayıb və il boyu görülən işləri qiymətləndirmək imkanı əldə ediblər”.

Mission News Theme by Compete Themes.