Press "Enter" to skip to content

“Türk Birliyi ideyasından Türk Dövlətləri Təşkilatlarına doğru” mövzusunda məruzə

“Türk Birliyi ideyasından Türk Dövlətləri Təşkilatlarına doğru” mövzusunda məruzə

BAYRAQDAR MEDİA – İyunun 20-21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA-nın və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpozium keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “simpoziumda dövlət və hökümət rəsmiləri, beynəlxalq qurumların rəhbərləri, Türkiyənin müxtəlif elmi müəssisələrini və universitetlərini təmsil edən nümayəndə heyəti, elm xadimləri, ictimaiyyət nümayəndələri, KİV mənsubları və digər qonaqlar iştirak ediblər. Beynəlxalq simpoziumda Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Faiq Ələkbərli də iştirak edib. O, simpoziumda “Türk Birliyi ideyasından Türk Dövlətləri Təşkilatlarına doğru” mövzusunda məruzəsində bildirib ki, son illərdə türk birliyi ideyasının reallaşması yolunda ciddi irəliləyişlər var, türk xalqlarının bir-birlərini daha yaxından tanıması, ortaq köklərə qayıdış səbəbindən gələcəyin birgə inşası düşüncəsi artmaqdadır. Eyni zamanda, türk elm adamlarının qatıldığı konfransların, simpoziumların keçirilməsi, texnologiyanın inkişafı, özəlliklə də türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və hərbi əməkdaşlıqların güclənməsi bu istiqamətdə mühüm rol oynayıb”.

F.Ələkbərli qeyd edib ki, türk birliyinin yaradılmasına gəldikdə bu ideyanın reallaşması istiqamətində müxtəlif fərqli fikirlərdən ortaq nəticəyə gəlməyə çox az qalıb: “Başqa sözlə, biz türklər, mövcud istər müstəqil, istərsə də yarımmüstəqil türk dövlətlərinin vahid siyasi birliyinin yaranması istiqamətində çox böyük bir məsafə qət etmişik. Həmçinin, türk birliyinə gedən yolda türk xalqlarının özünə inamı da bərpa olunmağa başlanıb”.

Mission News Theme by Compete Themes.