BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-may ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3 milyard 944 milyon 547 min manatdan çox vəsait ödənilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “bu, ötən ilin ötən ilin müvafiq dövrünə nisbətən təqribən 295 milyon 244 min manat və ya 8,09 faiz çoxdur”.





