Press "Enter" to skip to content

Azərbaycanlı iş adamları Karsda

Səfər zamanı

BAYRAQDAR MEDİA – Sərhəd Bölgələri İqtisadi Forumu çərçivəsində bölgəyə gedən azərbaycanlı iş adamları Karsda bir sıra görüşlər keçiriblər.

Bu barədə karsmanset.com saytı məlumat verib.

Bildirilib ki, “Kars Valiliyi və Ticarət və Sənaye Palatasının ev sahibliyi ilə keçirilən tədbir, regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Təxminən 30 nəfərlik Azərbaycan nümayəndə heyəti kənd təsərrüfatı, heyvandarlıq, logistika və turizm sahələri başda olmaqla karslı iş adamları ilə ikitərəfli görüşlər keçirib. Heyət Kars Sənaye Zonasında müxtəlif müəssisələri ziyarət edib və istehsal prosesi haqqında məlumat alıb”.

Məlumata görə, Kars valisi Ziya Polat açıqlamasında Azərbaycan və Türkiyə arasında tarixi bağlara diqqət çəkərək, “Bu səfər təkcə iqtisadi deyil, mədəni baxımdan da münasibətlərimizi gücləndirəcək. Kars regional ticarətin əsas mərkəzlərindən birinə çevrilir,” deyib.

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbəri Orxan Məmmədov isə Karsın potensialının təsirli olduğunu bildirib.

Mission News Theme by Compete Themes.