Press "Enter" to skip to content

AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir  

AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir  

BAYRAQDAR MEDİA – Azərbaycanın milli aviadaşıyıcısı AZAL avqust ayından etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AZAL-ın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ilk reys 2 avqust tarixində həyata keçiriləcək. Uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Ürgənc özünəməxsus kolorit, mədəni atmosfer və ab-havası ilə səyahətsevərlərin maraq göstərdiyi şəhərlərdən biridir. Bu marşrut komfortlu səyahət üçün əlavə imkanlar yaradır”.

Mission News Theme by Compete Themes.