Press "Enter" to skip to content

Bu, vacib və qaçılmazdır

Prof. Dr. Poyraz Gürson

Türk Dövlətləri Təşkilatının mülki müdafiə və humanitar yardım qüvvələri yaradılmalıdır

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi İran-israil qarşıdurması fonunda regionda vəziyyət getdikcə daha da gərginləşir. Eyni zamanda, ekspertlər bildirirlər ki, bölgədəki gərginlik və xaos yalnız İranın daxili sabitliyinə deyil, bütün türk dünyasının ideoloji və etnik bütövlüyünə təhlükə törədə bilər. Ona görə də Türk Dövlətləri Təşkilatı ayıq-sayıq olmalıdır.

Bu reallıqlar fonunda Türk Dövlətləri Təşkilatının (TDT) mülki müdafiə və humanitar yardım qüvvələrinin yaradılmasının vacib olduğu qeyd edilir.

Öz növbəsində Türkiyənin Haber Global televiziyasına açıqlamasında Prof. Dr. Poyraz Gürson da deyib ki, sözügedən məsələ aktualdır. Onun sözlərinə görə, belə bir qüvvələrin yaradılması sadəcə təklif deyil, bir strateji məcburiyyətdir.

Vurğulanıb ki, bunu vacib və qaçılmaz edən bir sıra səbəblər var. Əvvəla Güney Qafqaz və Orta Asiya arasında yerləşən İrandakı destabilizasiya, türk dövlətləri arasındakı ticarət və nəqliyyat dəhlizlərini (Orta Dəhliz, Zəngəzur, Lapis-Lazuli) iflic edə bilər. Digər tərəfdən, İranın daxilində yaşayan milyonlarla türkün vəziyyəti, onların qarşılaşa biləcəyi humanitar böhran türk dövlətlərinin humanitar məsuliyyətini artırır. Yəni İrandakı 40 milyonluq Güney Azərbaycan türkləri də daxil bütün türklərin təhlükəsizliyinin təmin olunması etnik və mədəni bir öhdəlikdir.

Nəhayət, ABŞ və İran arasında baş verə biləcək genişmiqyaslı müharibə, türk dövlətlərinin sərhədlərində qaçqın axını və sosial çöküş dalğaları yarada bilər. Bu kimi böhranlara qabaqlayıcı şəkildə hazır olmaq şərtdir.

Mission News Theme by Compete Themes.