Press "Enter" to skip to content

Landau Şahmat Festivalı yekunlaşıb

Landau Şahmat Festivalı yekunlaşıb

BAYRAQDAR MEDİA – Gənclər və İdman Nazirliyi (GİN), Elm və Təhsil Nazirliyi (ETN) və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “LANDAU School” Təhsil Kompleksinin təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında dördüncü LANDAU Şahmat Festivalı sona çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya GİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “müxtəlif yaş kateqoriyasında Ziya Qubatov, Yusif ƏhədzadəMikayıl Hüseynov birinci yeri tutub. Daniel Konovalov, Fatimə AbdulovaNurlan Qənizadə ikinci yerdə qərarlaşıb. Vüqar Əlizadə, Mehin MəstiyevaMətin Bəkirli bürünc medalçı olub. Qızlar arasında ən yaxşı nəticə göstərən Banu Məmmədzadə, Əsra BaxışovaXədicə Seyidli xüsusi mükafata layiq görülüb. Komanda yarışlarında 3 nömrəli şahmat məktəbi birincilik əldə edib. “Chess Klub” və 4 nömrəli şahmat məktəbi müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb”.

Qeyd edək ki, turnirdə müxtəlif şəhər və rayonlardan 150 yeniyetmə mübarizə aparıb.

Mission News Theme by Compete Themes.