BAYRAQDAR MEDİA – İyunun 20-də “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Tarixi zəfərin ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində növbəti tədbiri Salyan rayonu Tarix Diyarşünaslıq Muzeyində keçirib.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Məlumata görə, maraqlı müzakirələr və diskussiya şəraitində keçən tədbiri giriş sözü ilə açan layihənin rəhbərinin köməkçisi Qismət İsmayılov tədbir iştirakçılarını salamlayıb və layihənin maliyyələşməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib: “Bildirib ki, layihənin “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilməsi qürurveci xoş hisslər yaradır”.
Məlumata əsasən, Q.İsmayılov 44 günlük Vətən müharibəsinin Azərbaycanın şanlı tarixi olduğunu söyləyib: “44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Zaman keçsə də qürurverici şanlı tariximiz unudulmayacaq”.
Sonra Salyan rayon icra hakimiyyətinin əməkdaşı Məhərrəm Məmmədov çıxış edib. O, çıxışında 44 günlük Vətən müharibəsində qazanılan qələbədən əhs edib və bildirib ki, qazanılan tarixi qələbə yetişməkdə olan gənc nəslin vətənə, dövlətə bağlılıq ruhunda tərbiyə olunmasında mühüm rol oynayır: “Şirvan –Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi Şamxal Əhmədov, Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, , şəhər mərkəzi kitabxananın direktoru Səidə. Əliyeva, Azərbaycan respublikası Yazıçılar Birliyinin Muğan-Salyan regional bölməsinin sədri Nəbi İbrahimov, Şəhər Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev və digərləri çıxışlarında Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən Müharibəsində əldə etdiyi zəfərin hərb tariximizə qızıl hərflərlə yazıldığını söyləyiblər. Çıxış edənlər gəncləri, yetişmək də olan gənc nəsli qürurverici tariximizi öyrənməyə, Vətəni sevməyə, xalqın milli maraqlarının qorunması istiqamətində daim fəal olmağa çağırıblar”.





