Press "Enter" to skip to content

Təqaüdçülərdən çağırış

Görüşdən sonra

BAYRAQDAR MEDİA– Trabzon Böyükşəhər Bələdiyyəsinin təqaüdçülərə xüsusi olaraq təqdim etdiyi Hasbihal Kafesi, Çorumdan gələn 50 nəfərlik nümayəndə heyətini qəbul edib. Təqaüdçülər bu layihəni nümunə göstərərək bütün bələdiyyələrə çağırış ediblər.

Bu barədə takagazete.com.tr saytı məlumat verib.

Bildirilib ki, “musiqili proqram, bölgəyə məxsus təamlar və səmimi söhbətlərlə yadda qalan tədbir, təqaüdçülər üçün nostalji və rahatlıq dolu bir təcrübəyə çevrilib. Ziyarət sonrası çıxış edən Türkiyə Təqaüdçülər Dərnəyinin Çorum şöbə rəhbəri Hıdır Kınıklı, Hasbihal Kafesinə heyran qaldıqlarını bildirib. O, “Bu qədər sakit, səviyyəli və sosial bir mühitin təqaüdçülər üçün düşünülməsi bizi çox təsirləndirdi. Trabzon Böyükşəhər Bələdiyyəsi bu sahədə bütün Türkiyəyə nümunədir. Qayıtdıqda Çorum Bələdiyyəsindən biz də belə bir xidmət tələb edəcəyik” deyib”.

Mission News Theme by Compete Themes.