Press "Enter" to skip to content

Tepebaşı Bələdiyyəsindən ailələrə xoş xəbər

Uşaqlar

BAYRAQDAR MEDİA – Tepebaşı Bələdiyyəsi yay aylarında uşaqların inkişafına dəstək olmaq məqsədilə pulsuz yay proqramları üçün qeydiyyatları 23 iyun tarixində başlayacaq. Müxtəlif mərkəzlərdə keçiriləcək tədbirlərlə uşaqlara həm əyləncəli, həm də maarifləndirici imkanlar təqdim ediləcək.

Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.

Bildirilib ki, “Eskişehirdə Tepebaşı Bələdiyyəsi yay mövsümündə uşaqların inkişafını dəstəkləmək üçün 29 Oktyabr Gənclik Mərkəzi, Özdilek İncəsənət Mərkəzi və Uşaq İncəsənət və Mədəniyyət Mərkəzlərində pulsuz proqramlar təşkil edəcək. 18 fərqli sahədə təşkil olunacaq proqramlar arasında oyun və bacarıq qrupları, ağıl və zəka oyunları, taekvondo, gimnastika, rəsm, uşaq atletikası, musiqi emalatxanası, yaradıcı drama, xalq rəqsləri, keramika, şüşə füzyon, bilyard, ritm, sehrli təcrübələr, uşaq yoqası və İngilis dili klubu yer alacaq”.

Məlumata görə, kurslar 23 Aprel, Esentepe, Türkan Saylan və Çukurhisar Uşaq Mədəniyyət Mərkəzləri, Özdilek İncəsənət Mərkəzi və 29 Oktyabr Gənclik Mərkəzində keçiriləcək. Dərslər 30 iyun bazar ertəsi başlayacaq.

Mission News Theme by Compete Themes.