BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi 22 iyun 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı imtahanı keçirib.
Bu barədə DİM-in məlumatında qeyd edilib.
Bildirilib ki, “bu imtahanda iştirak etmək üçün 1140 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində saat 11:00 və 16:00 olmaqla iki növbədə təşkil olunub. İmtahan kompüterlər vasitəsilə elektron formada keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar”.
Məlumata görə, imtahanda 1067 namizəd iştirak edib: “İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 20 nəfər, BB2 altqrupu üzrə 18 nəfər, BB3 altqrupu üzrə 65 nəfər, BB4 altqrupu üzrə 105 nəfər olmaqla, ümumilikdə 208 namizəd uğur qazanıb. Qeyd edək ki, imtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 23 25 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50”.





