BAYRAQDAR MEDİA – Giresunlu Azmi Kenan Dikmen 12 yaşında yəhər ustası peşəsini seçib və 60 ildir ki, bu sənətdən əl çəkməyib. Texnologiyanın inkişafına baxmayaraq inamından dönməyən bu usta bu gün bu sahənin son nümayəndələrindən biri kimi fəaliyyətini davam etdirir.
Bu barədə takagazete.com.tr saytı məlumat yayıb.
Məlumata görə, hələ 12 yaşında ikən Samsun Ladik Müəllimlər Seminariyasına qəbul olunsa da, seçimini bu sahəyə edib: “Ustası ona “Prezident maaşı qazanıram” dedikdə, Dikmen bu peşəyə çırak olmağa qərar verib və bu qərarına ömrü boyu peşman olmayıb”.
“14 yaşımda öz dükanımı açdım. 3 uşaq böyütdüm, ailəmi bu sənətlə dolandırdım,” deyən usta, alın tərilə yoğrulmuş bir həyatın təcrübələrini bölüşür.




