BAYRAQDAR MEDİA – Azərbaycan və Serbiyanın müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən Bakıda hər iki ölkənin “Hərbi Hava Qüvvələri (HHQ) arasında mütəxəssis görüşü” keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “tərəflər Azərbaycan və Serbiya HHQ-lərinin cari vəziyyəti və perspektiv imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Mütəxəssis görüşü zamanı, həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub və qarşılıqlı suallar cavablandırılıb”.





