Press "Enter" to skip to content

Məhəllədə qapalı bazar istifadəyə verilib

Bazar

BAYRAQDAR MEDİA – Eskişehirdə Odunpazarı Bələdiyyəsi Yenikent məhəlləsində inşa etdiyi müasir qapalı bazar yerini vətəndaşların istifadəsinə verib. Yeni bazar həm satıcılar, həm də alıcılar üçün daha rahat və geniş alış-veriş şəraiti yaradır.

Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.

Bildiirlib ki, “100-cü il Mədəniyyət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən bu yeni bazar sahəsi həm bazar satıcılarına, həm də alış-veriş edənlərə rahat mühit təqdim edir. Açılışdan sonra bazar yerini ziyarət edən Odunpazarı Bələdiyyə Başçısı Kazım Kurt burada satıcılarla və vətəndaşlarla görüşərək söhbət edib. Ona bu səfərində Pazarcılar Palatasının rəhbəri Mehmet Çiçek, İstehsalçılar Birliyinin rəhbəri Yıldıran Kılıç və Yaşıl Sakarya İstehsalçılar Birliyinin rəhbəri Süleyman Buluşan da müşayiət edib”.

Məlumata görə, Yenikent Qapalı Bazar Yeri, müasir avadanlıq və geniş sahələri ilə həm satıcılar, həm də vətəndaşlar üçün yenilikçi alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir.

Mission News Theme by Compete Themes.