BAYRAQDAR MEDİA – Eskişehirdə ictimai nəqliyyatda yay cədvəli tətbiq olunacaq.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat verib.
Bildirilib ki, “Böyükşəhər Bələdiyyəsi 2024–2025-ci tədris ilinin sona çatması ilə əlaqədar olaraq 2025-ci il iyunun 23-dən etibarən tramvay və avtobus reyslərinin yay rejiminə keçəcəyini elan edib. Məktəblərin bağlanması ilə dəyişən sərnişin sıxlığı nəzərə alınaraq hazırlanmış yay cədvəli şəhərdə nəqliyyatın daha səmərəli işləməsini hədəfləyir. Eskişehir Böyükşəhər Bələdiyyəsi bu dövrdə ictimai nəqliyyat vasitələrinin hərəkət cədvəllərində və reys saylarında dəyişiklik ediləcəyini bildirib”.
Məlumata görə, vətəndaşlar yeni reys saatları və reyslərin sıxlığı ilə bağlı məlumatları www.eskisehir.bel.tr ünvanındakı “Elanlar” bölməsindən və ya Eskişehir tramvay sisteminin rəsmi saytı olan www.estram.com.tr vasitəsilə izləyə bilərlər.





