BAYRAQDAR MEDİA – Trabzonun Şalpazarı rayonunda həyata keçirilən ənənəvi yayla köçü bəzədilmiş heyvanlar və yerli geyimlərlə vizual şölənə çevrilib.
Bu barədə takagazete.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, “Qaradenizin ən özünəməxsus ənənələrindən biri olan yayla köçləri bu il də rəngli görüntülərlə yadda qalıb. Trabzonun Şalpazarı rayonuna bağlı Sinlice kəndində sakinlər inəklərini ənənəvi geyimlərlə bəzəyərək yaylalara doğru yola düşüblər. Beləliklə, Doğu Qaradənizdəki yayla köçü tamamlanıb”.
Məlumata görə, yerli sakinlər heyvanlarını püsküllər, zənglər və rəngli parçalarla bəzəyərək adətən keçmişi bu günə daşıyırlar: “Ənənəvi geyimlərdə yürüyən kəndlilər təkcə bir yolçuluq deyil, həm də mədəni bir ritualla çıxış edirlər. Heyvanlarla qurulan bağ bu köçləri təkcə iqtisadi deyil, eyni zamanda duyğusal təcrübəyə çevirir. Bu cür köçlər sadəcə kənd təsərrüfatı fəaliyyəti deyil, həm də bir həyat tərzidir”.





