BAYRAQDAR MEDİA – “Amerikanın bombardmançı təyyarələrinin İranın nüvə obyektlərinə hücum zamanı Türkiyə hava məkanından istifadə etməsi ilə bağlı müxtəlif mənbələrdə yayılan iddialar dezinformasiyadır”.
Bu barədə Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığı Dezenformasyonla Mücadele Merkezinin yaydığı açıqlamada qeyd edilib.
Mərkəzin X sosial şəbəkə hesabındakı paylaşımda daha sonra bildirilib: “İsrailin İrana qarşı başladığı hücumlarda Türkiyə hava məkanı heç bir şəkildə pozulmadığı kimi, ABŞ tərəfindən İranın nüvə obyektlərinə qarşı həyata keçirilən hücumlardan heç birində də Türkiyə hava məkanından istifadə edilməmişdir. Həqiqət budur ki, ABŞ-dan havaya qalxan bombardmançı təyyarələr Cəbəllüttariq boğazından keçərək Akdenizin güneyindən İsrailə çatmış və oradan İraqa keçərək İranı hədəfə almışdır. Sözügedən bombardmançı təyyarələr hücumdan sonra eyni marşrutu əks istiqamətdə izləyərək geri dönmüş və dönüş zamanı Akdenizdə (Kreta adasının güneyində) yanacaqla təmin olunaraq ABŞ-a qayıtmışdır. Türkiyə Cümhuriyyəti Orta Doğuda sülh və sabitliyi israrla müdafiə etməyə davam edir; bu məqsədlə Cümhurbaşqanımız Recep Tayyip Erdoğan diplomatiyanın ayaqda qalması üçün atılan təşəbbüslərə rəhbərlik edir. Əksinə səsləndirilən bütün iddialar dezinformasiyadır. İctimaiyyətə hörmətlə duyurulur”.





