BAYRAQDAR MEDİA – ABŞ tərəfindən İran ərazisində həyata keçirilən hərbi zərbə və bunun ardınca bölgədə artan gərginlik dünyada ciddi narahatlıq yaratdı. Hazırda atəşkəs əldə edilsə də, belə bir fikir də ifadə olunur ki, dünyanın narahatlıqla izlədiyi son proseslər regionlaqrı və müxtəlif beynəlxalq birlikləri də ehtiyyatlı olmağa sövq edir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) da diqqətli olmalıdır.
Elə Türkiyənin Haber Global televiziyasına açıqlamasında Prof. Dr. Poyraz Gürson da bu məsələnin üzərində xüsusilə dayanıb.
Qeyd edilib ki, İran yalnız Orta Doğunun mərkəzi güclərindən biri deyil, eyni zamanda türk dünyasının tarixi, mədəni və etnik sərhədlərinin bir parçasıdır.
Prof. Dr. Poyraz Gürsonun sözlərinə görə, bu kontekstdə, xüsusilə Təbriz şəhərinin və Güney Azərbaycanın strateji önəminin altını cızmaq vacibdir. Çünki vaxtı ilə vahid Azərbaycanın paytaxtı olan Təbriz təkcə bir şəhər deyil, türk dünyasının mədəni beşiyi, oyanış mərkəzi və minillik irsinin simvoludur.
O da vurğulanıb ki, türk dünyası, xüsusilə də Türk Dövlətləri Təşkilatı Güney Azərbaycanı, Təbrizi diqqət mərkəzində saxlamalıdır.





