Press "Enter" to skip to content

Azərbaycan daha bir tədbirdə təmsil olunub

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Peru Respublikasının Konqresində “Parlamentdə Birinci Beynəlxalq Elmi-Mədəni Görüş” adlı sərgi keçirilib. Tədbirdə iyirmidən çox ölkənin səfirlikləri iştirak edib.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, “sərginin açılış mərasimində Peru Konqresinin sədrinin ikinci müavini Valdemar Serron Roxas, konqresmen Flavio Kruz Mamami, konqresmen Elizabet Taipe Koronada, həmçinin Azərbaycan, Malayziya, Yaponiya və Boliviya səfirliklərinin nümayəndələri çıxış ediblər. Nümayəndəmiz çıxışında ölkəmizin zəngin mədəni irsi, turizm imkanları və təqaüd proqramları barədə iştirakçılara məlumat verib”.

Məlumata görə, Azərbaycan stendi sərgi qonaqları tərəfindən böyük maraqla qarşılanıb: “Burada Azərbaycanın zəngin mədəniyyəti və turizm potensialı nümayiş etdirilib, ölkəmizdə təhsillərini davam etmək istəyən perulular üçün mövcud təqaüd proqramları haqqında ətraflı məlumat təqdim olunub. Sərginin çoxsaylı qonaqlarının sualları cavablandırılıb və müxtəlif materiallar paylanılıb”.

Mission News Theme by Compete Themes.