BAYRAQDAR MEDİA – 2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetini (BDU) 6 mindən çox təhsilalan bitirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “ümumilikdə fəaliyyət göstərdiyi dövr ərzində BDU 200 min nəfərdən artıq mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib. BDU-da hazırda 16 fakültədə 1 min 500 nəfərlik professor-müəllim heyəti çalışır, 25 mindən çox tələbə təhsil alır. Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 6 elmi-tədqiqat mərkəzi, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec və “Gənc istedadlar” liseyi fəaliyyət göstərir”.
Bakalavr səviyyəsində 75 ixtisas, magistratura səviyyəsində 243 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.





