Press "Enter" to skip to content

Sarıkamışda rəngarəng festival

Festivaldan xatirə fotosu

BAYRAQDAR MEDİA – Sarıqamış kaymakamı Enis Aslantatar və həyat yoldaşı Sema Aslantatar Köroğlu kəndində keçirilən ənənəvi Yayla festivalına qatılıb.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Məlumata görə, bölgədə hər il keçirilən bu festival mədəni zənginliyi qeyd etmək üçün yerli əhalini və ətraf əyalətlərdən gələn qonaqları bir araya gətirir: “Kaymakam Köroğlu kəndində yerli məhsul stendlərini də ziyarət edərək kəndlilərlə söhbət edib. Yerli istehsalçı və sənətkarlarla keçirilən görüşlərdə kənd təsərrüfatının inkişafına dəstəyin artırılmasının vacibliyi bildirilib”.

Məlumatda deyilir ki, festivalın ikinci günündə kənd meydanında yerli rəqslər və xalq rəqsləri nümayiş etdirilib, müxtəlif müsabiqələr keçirilib: “Qonaqlar təbiət qoynunda gəzintiyə çıxıb, yaylanın bənzərsiz mənzərəsinə heyran olublar. Bundan əlavə, tədbir boyu qonaqlara ənənəvi yeməklər təqdim olunub”.

Mission News Theme by Compete Themes.