Press "Enter" to skip to content

“Vətən uzaqda deyil”də ziyalı öyüdü – VİDEO

Seyran Səxavət

BAYRAQDAR MEDİA – Yazıçı, şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavət Diaspor FM-in qonağı olub, “Vətən uzaqda deyil” proqramının xaricdə yaşayan azərbaycanlı uşaqlara həsr olunan buraxılışı ilə bağlı təəssüratlarını bölüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “müsahibə zamanı yazıçı dövlətin dəstəyi ilə xaricdə fəaliyyət göstərən Azərbaycan Evlərinin, eləcə də onların nəzdindəki həftəsonu məktəblərinin vacibliyini vurğulayıb. Həmin məktəblərin zəruri dərs vəsaitləri ilə təmin olunmasını, uşaqların ana dilini öyrənməsinə göstərilən diqqət və qayğını önəmli hadisə kimi dəyərləndirib, bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü işləri təqdirəlayiq hesab edib”.

Məlumata görə, Seyran Səxavət “Onlar buraya baxaraq istiqamətlənirlər, Vətənə baxaraq düz yol tuturlar. Necə ki, oyunda bir komanda olur və “sağa bax, düzlən”, “sola bax, düzlən” deyilir. “Vətənə bax, düzlən” ifadəsi isə xaricdə doğulan, orada yaşayan, böyüyən və təhsil alan balalarımıza aiddir,” – deyə bildirib.

Mission News Theme by Compete Themes.