BAYRAQDAR MEDİA – Bütöv Azərbaycan Ocaqları (BAO) Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlar ilə bağlı bəyanat yayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BAO-dan daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “məlum olduğu kimi, 27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın olub. Basqın zamanı azərbaycanlılar xüsusi qəddarlıqla qətlə yetirilib. Həmvətənlərin bəziləri xüsusi amansızlıqla döyülərək ağır bədən xəsarətləri nəticəsində yaralanıb, habelə 9 nəfər saxlanılıb”.
Bəyanatda qeyd edilir ki, BAO Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının vandalizm hərəkətləri ilə bağlı hiddətini bildirir, Rusiya hökuməti tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini tələb edir, Azərbaycan hökumətindən isə Bakıda fəaliyyət göstərən rus dilində təhsil verən məktəblərin bağlanmasını xahiş edir.





