Press "Enter" to skip to content

Baş verənlər Kuzey Kıbrısda da hiddətlə qarşılanıb

Orxan Həsənoğlu

Orxan Həsənoğlu: Bu, soydaşlarımızın milli mənsubiyyətinə qarşı yönəlmiş irqçi və faşist hücumdur

BAYRAQDAR MEDİA – “Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən qeyri-insani rəftar həmin soydaşlarımızın milli mənsubiyyətinə qarşı yönəlmiş irqçi və faşist hücumdur. Bu vəhşilik Kuzey Kıbrıs Türk Cümhuriyyətində, Azərbaycanın və ümumilikdə türk dünyasının dostları tərəfindən dərin hiddətlə və narahatlıqla qarşılanmışdır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib.

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri açıqlamasında “Biz bu hadisəni yalnız bir fərdi zorakılıq yox, Rusiyada getdikcə artan antitürk, antiAzərbaycan ritorikasının və dövlət strukturlarında yer alan irqçi zehniyyətin bir təzahürü kimi qiymətləndiririk. Zorakılığın dövlətdən qaynaqlanması isə vəziyyəti daha da ağırlaşdırır” deyə əlavə edib.

Orxan Həsənoğlu daha sonra deyib: “Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti olaraq bildiririk ki, bu cür qeyri-insani davranışlar qarşısında susmaq mümkün deyil. Azərbaycan dövləti və xalqı bu ədalətsizliyin qarşısında yalnız deyil. Biz də Azərbaycan xalqının və dövlətinin yanında olduğumuzu qəti şəkildə bəyan edirik”.

Mission News Theme by Compete Themes.