Press "Enter" to skip to content

Eskişehirdən Bilecikə geniş yardım

Yardım heyəti

BAYRAQDAR MEDİA – Bilecikin Gölpazarı və Osmaneli rayonlarında baş verən meşə yanğınlarına müdaxilə üçün Eskişehir Böyükşəhər Bələdiyyəsinin Fəlakət Koordinasiya Mərkəzi (AKOM) tərəfindən bölgəyə çoxsaylı dəstək komandaları göndərilib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “27 iyunda başlayan əməliyyatda Yol Tikinti və Baxım İdarəsinə məxsus bir yanğınsöndürmə maşını və personal ilk olaraq hadisə yerinə yönəldilib. Yanğın davam etdiyindən 28 iyunda Park və Bağçalar, Fəlakət İşləri, Yanğınsöndürmə, İqlim Dəyişikliyi və Tullantısızlıq, Sosial Xidmətlər İdarələri və Su-Kanalizasiya İdarəsindən əlavə avtomobil və əməkdaş dəstəyi göndərilib. 29 iyunda isə Park və Bağçalar İdarəsindən əlavə 2 maşın və 6 nəfərlik personal göndərilib”.

Məlumata görə, ümumilikdə 14 texnika və 25 nəfərlik heyət yanğınla mübarizə və logistik dəstək işlərinə cəlb olunub: “Yetkililər bildiriblər ki, bütün işlər müvafiq qurumlarla koordinasiya şəklində həyata keçirilir”.

Mission News Theme by Compete Themes.