Press "Enter" to skip to content

Fövqəladə hallar nazirinin Şamaxıda qəbulu

Fövqəladə hallar nazirinin Şamaxıda qəbulu

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərov 30 iyun 2025-ci il tarixdə Şamaxı şəhərində, Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında Şamaxı və Qobustan rayonları sakinlərinin qəbulunu keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “əvvəlcə, K.Heydərov Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib. Sonra nazir tərəfindən qəbul edilən Şamaxı və Qobustan rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib”.

Bildirək ki, fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Mission News Theme by Compete Themes.