BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib.
Bu barədə DİM-dən məlumat verilib.
Məlumata görə, imtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb. İyunun 30-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.
İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.





