Press "Enter" to skip to content

Sabiha Gökçen Hava Limanında “dovşan alarmı”

BAYRAQDAR MEDİA – İstanbul Sabiha Gökçen Hava Limanında qeyri-adi bir hadisə yaşanıb. Pegasus Hava Yollarına məxsus Ercan–İstanbul reysini həyata keçirən təyyarə, eniş zamanı uçuş-enmə zolağında dovşan göründüyü üçün manevr edərək enişi təxirə salıb.

Bu barədə kuzeyekspres.com.tr saytı məlumat yayıb.

Bildirilib ki, “pilot eniş zamanı pistdə dovşan gördüyünü hava hərəkət idarəetmə qülləsinə bildirdikdən sonra eniş dayandırılıb. Qüllə pilotdan dovşanı gördüyü yeri təxmini bildirməsini xahiş edərək yoxlamalara başlayıb”.

Məlumata görə, hadisə nəticəsində hava nəqliyyatında qısa fasilə yaranıb, lakin yoxlamalardan sonra vəziyyət normallaşıb: “Dovşanın uçuş zolağına necə daxil olduğu hələ də bəlli deyil. Sosial mediada hadisə geniş maraqla qarşılanıb”.

Mission News Theme by Compete Themes.