Press "Enter" to skip to content

Serdar Ünsal: Bu insanlıq əleyhinə cinayətdir

Serdar Ünsal

BAYRAQDAR MEDİA – Rusiyanın Yekaterinburq şəhərində baş verən qanlı basqın nəticəsində Səfərov ailəsindən iki azərbaycanlı vətəndaş həyatını itirib, doqquz nəfər yaralanıb. Bu dəhşətli hadisə beynəlxalq aləmdə böyük əks-səda doğurub. Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini Serdar Ünsal məsələ ilə bağlı sərt açıqlama verərək, məsul şəxslərin tez bir zamanda tapılması üçün çağırış edib.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, S.Ünsal qeyd edib ki, Səfərov ailəsindən iki nəfərin öldürülməsi və doqquz nəfərin yaralanması qəbuledilməz bir durumdur: “Əgər bir insanın suçu varsa, o məhkəməyə verilməli, sübut axtarılmalı, ədalət işləməlidir. Amma burada açıq şəkildə bir edam mənzərəsi var. Bu, insanlıq əleyhinə cinayətdir”.

Mission News Theme by Compete Themes.