BAYRAQDAR MEDİA – Türkiyənin ana müxalifət partiyası CHP-də yenidən gərginlik yaranıb.
Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.
Məlumata görə, CHP-də 30 iyunda keçiriləcək qurultayla bağlı məhkəmə prosesindən öncə partiya daxilində müzakirələr qızışıb: “Eskişehir Böyükşəhər Bələdiyyəsinin sabiq başçısı professor Yılmaz Büyükerşen səssizliyini pozub. O, sosial media vasitəsilə verdiyi açıqlamada CHP-nin sabiq lideri Kemal Kılıçdaroğluna sərt tənqidlər səsləndirib”.
Məlumata əsasən, Y.Büyükerşen “Son CHP qurultayına qədər göstərdiyi xidmətlərə görə Kemal Kılıçdaroğluna qarşı minnətdarlıq hissi duyuruq. Lakin son günlərdəki davranışları göstərdi ki, onun siyasi ehtirasları, təəssüf ki, ağıldan üstündür. Bu acı həqiqət gec də olsa ortaya çıxdı. Bu isə Atatürkün qurduğu CHP-nin ruhuna və prinsiplərinə tamamilə ziddir. Təəssüflə qınayıram” deyib.





