BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, müraciətlərin 4 min 74-ü ünvanlı dövlət sosial yardımı, 2 min 660-ı pensiya təyinatı, 3 min 250-si sosial müavinət və təqaüd, 200-ü sosial sığorta və fərdi uçot, 1876-sı isə digər istiqamətlər üzrə olub.





