BAYRAQDAR MEDİA – Trabzonda balıq bazarında ən çox tələb görən növlərdən olan istavrit və mezgitin qiymətləri artaraq müvafiq olaraq 250 və 200 lirəyə çatıb. Balıqçılar yeni mövsümə qədər tezgahları təravətli saxlamağa çalışdıqlarını bildiriblər.
Bu barədə kuzeyekspres.com.tr saytı məlumat yayıb.
Məlumata görə, balıqçı Ali Maraba bildirib: “Balıq azdır, amma satış pis deyil. Xüsusilə istavrit və mezgitə tələb yüksəkdir. Alabalıq və somon da yaxşı satılır. Yeni mövsümə qədər bu cür davam edəcəyik.”



