Press "Enter" to skip to content

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi

Düşərgədən xatirə fotosu

BAYRAQDAR MEDİA – “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Groupun və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 3-cü həftəsi başlayıb. Açılış mərasimində düşərgənin qaydaları, həyata keçiriləcək tədbirlər izah edilib və uşaqların sualları cavablandırılıb.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Xanbulan gölünə ekskursiya zamanı iştirakçılar Lənkəran təbiətinin özünəməxsus və füsnkar mənzərəsi ilə tanış olublar: “Hoteldaxili əyləncə, hovuz saatlarında, futbol yarışında, həmçinin stolüstü idman oyunlarında uşaqlar əyləncəli və xoş vaxt keçiriblər. Azərbaycan İncəsənət Məktəbi tərəfindən nümayiş etdirilən “Qoğal” uşaq tamaşasında balaca aktyorlar oyunları ilə düşərgə iştirakçılarına xoş anlar yaşadıb, üzlərə təbəssüm bəxş ediblər”.

Mission News Theme by Compete Themes.