Press "Enter" to skip to content

Genofondun qorunması istiqamətində daha bir addım

Tədbirdən foto

QHT-lər qan qohumları arasında nikahların fəsadlarını cəmiyyətə çatdırmaq üçün imza atdılar

BAYRAQDAR MEDİA– İyulun 2-də “Qan Donorları Assosiasiyası” İctimai Birliyi, Adalia Beynəlxalq Qadın Platforması və “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən respublikada qan donorluğunun inkişafı və qan qohumları arasında nikahların mənfi fəsadları ilə mürabarizə istiqamətində üçtərəfli memorandumun imzalanma mərasimi keçirilib.

İmzalanma zamanı
İmzalanma zamanı

Yerli QHT və media nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə genofondun qorunması istiqamətində atılan addımların zəruriliyi eyni zamanda qohum nigahlarının mənfi fəsadları haqqında ictimaiətin geniş maariflənməsi üçünt əşəbbüslərin vacibliyi müzakirə olunub.

Qeyd edək ki, Ailə Məcəlləsində edilən dəyişikliklər iyun ayının 1-dən etibarən qüvvəyə minir və yaxın qan qohumları arasında nikahlar məhdudlaşdırılır.

Qan Donorları Assosiasiyası tərəfindən ölkə ictimaiyətinin diqqətini mövzuya çəkmək üçün “Qan qohumları arasında nikahların fəsadları” adlı sosial maarifləndirici proqram hazırlanıb.

 

Mission News Theme by Compete Themes.