Press "Enter" to skip to content

Bu məkan yenə insanlarla dolub-daşır

“İki Eylül” bulvarı

BAYRAQDAR MEDİA – Eskişehirin ən mühüm nəqliyyat arteriyalarından biri olan “İki Eylül” bulvarı həm tarixi, həm də şəhərsalma baxımından simvolik əhəmiyyətə malikdir. Bulvar, şəhərin düşmən işğalından azad olunduğu 2 sentyabr 1922-ci tarixindən adını alıb.

Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.

Bildirilib ki, “əvvəllər bağ evləri ilə əhatələnmiş bu bulvar zamanla ticarət obyektləri, dövlət idarələri, xəstəxanalar və təhsil müəssisələri ilə əhatələnib. Hazırda Odunpazarı və Tepebaşı bölgələrini birləşdirən əsas nəqliyyat xəttidir. Əvvəllər burada əsasən avtobuslarla daşınma həyata keçirilirdisə, hazırda EsTram (tramvay) sistemi inkişaf etdirilərək 77 stansiya və 55 km-lik şəbəkəyə çevrilib. Bu, şəhərin müasir şəhərsalma vizyonunun göstəricisidir”.

Mission News Theme by Compete Themes.