Press "Enter" to skip to content

İki qardaş ölkə arasında bir sıra sənədlər imzalanıb

Mərasim zamanı

BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan Özbəkistan biznes nümayəndələri ilə görüş çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb. Bununla əlaqədar İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovvə hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “tədbirdə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi ilə”Mətanət A” və “TuranAz” şirkətləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb. Sənədlər müvafiq olaraq, quru tikinti qarışıqları, gipsokarton istehsalı və ÖzbəkistanınNamanqan şəhərində yaşayış evlərinin tikintisi layihələrini əhatə edir. Bununla yanaşı, Azərbaycan və Özbəkistan şirkətləri süd məhsullarının istehsalı üzrə sənədlər imzalayıb. Sənədlər “Panamilk” və “Atena”, “Jizzax Organic” və “Milla Dairy” şirkətləri arasında imzalanıb”.

Məlumata görə, tədbirdə, həmçinin Özbəkistanın“Havas Holding”və Azərbaycanın”RJ CHEMICAL CO” şirkətləri arasında məişət məhsulları (kimya) istehsalı və satışı üzrə tərəfdaşlığa, Özbəkistanın“Uzeltexsanoat” Assosiasiyası ilə Azərbaycanın “STP Global Cable” şirkəti arasında yüksək gərginlikli kabellər istehsalı layihəsi üzrə əməkdaşlığa dair sənədlər imzalanıb.

Sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı və iqtisadi-ticarət əlaqələrini stimullaşdıracaq.

Mission News Theme by Compete Themes.