BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşklatına (İƏT) üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib.

Bu haqda BAYRAQDAR MEDİA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, KKTC Cümhurbaşqanının qarşılanma mərsimində xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin Bakıdakı səfiri Birol Akgün və KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer iştirak ediblər.





